Bosforu keçmək istəyirdi…

31.08.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyalı üzgüçü Türkiyədə Bosfor boğazını üzüb keçməyə çalışarkən itkin düşüb.

29 yaşlı Nikolay Sveçnikov “Bosfor 2025” üzgüçülük marafonu zamanı itib. Təcrübəli üzgüçü yarışa ilk başlayanlardan biri olsa da, startdan təxminən 500-600 metr sonra gözdən itib.
6,5 kilometrlik məsafəni əhatə edən yarışda ümumilikdə 3000 nəfər iştirak edib. Lakin yalnız o, finişə çata bilməyib. Nikolayın axtarışı davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью