Bosniya futbolunda bir dövr başa çatır Edin Cekonun son matçı

03.09.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko yığma karyerasını başa vurmağa qərar verib.

Apasport.az xəbər verir ki, 40 yaşlı hücumçu oktyabrın 2-də İsveçə qarşı keçiriləcək UEFA Millətlər Liqasının oyununda sonuncu dəfə milli komandanın formasını geyinəcəyini açıqlayıb.

Ceko qərarını sosial şəbəkədə emosional paylaşım vasitəsilə elan edib. Təcrübəli forvard milli formanı geyinməyin karyerasında yaşadığı ən böyük qürurlardan biri olduğunu bildirib və İsveçlə vida matçında azarkeşlərin də yanında olmasını istəyib.

Bosniyalı futbolçu 2007-ci ildən milli komandada çıxış edir. O, yığmanın tarixində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçudur.

Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 151 oyun keçirib və 73 qol vurub.

UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı Unahi “Panatinaikos”da: Ulduz futbolçu geri qayıtdı “Beşiktaş”dan müdafiəyə transfer – Ümit Akdağla 4 illik müqavilə “Trabzonspor” yeni transferini açıqladı “Qalatasaray” Viktor Nelsonla yollarını ayırdı - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью