Icma.az, Idman.biz portalına istinadən məlumat verir. Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti Rene Starçeviç AGF-nin mə
İdman.biz xəbər verir ki, o, Azərbaycandakı təlim-məşq toplanışını dəyərləndirib və Bakıya növbəti səfərinin səbəblərindən danışıb.
- Azərbaycandakı təlim-məşq prosesi haqqında nə deyə bilərsiniz?
- Əvvəlcə, dəvət üçün sizə təşəkkür edirəm ki, bizim Bakıya gəlmək imkanımız oldu. Burada ideal şərait var.
Biz çox çalışırıq, məşqlər edirik. Məşqçilər də çox peşəkardır. Qızlarımız çox vaxtını burada, xalçanın üzərində keçirirlər.
Bu da hər birinin daha yaxşı gimnast olmasına kömək edəcək. - Bu, sizin paytaxtımıza ilk səfəriniz deyil. Yayda da burada olmusunuz.
- Bəli, bu, bizim ikinci səfərimizdir. Yayda buraya gəlmişdik. Bosniya və Herseqovina nümayəndə heyəti olaraq təcrübəmiz möhtəşəm oldu.
Qızlarımız bir gün istirahət etdilər, muzeylərə getdilər, Bakının mərkəzini gəzdilər və hamısı buraya yenidən gəlmək istədiklərini dedilər.