Bosniya və Herseqovina NATO ya qoşulmayacaq

02.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bosniya və Herseqovinanın NATO üzvlüyü hekayəsi çoxdan bitib. 

Bakıvaxtı.az "BelTA"ya istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovinanın hakim Müstəqil Sosial Demokratlar Alyansının sədri Milorad Dodik deyib.

O, Balkan dövlətinin NATO-ya qoşulmayacağını sosial şəbəkə hesabında bildirib.

"Əməkdaşlıq, bəli. Üzvlük, yox... Əgər kimsə hələ də bunu başa düşmürsə, izaholunmaz şeyləri izah etməyə çalışaraq vaxtını boşa sərf etməyə davam etsin. Bunu hələ də başa düşməyənlər üçün deyim ki, məlum səbəblərə görə heç bir hərbi ittifaqa, xüsusən də NATO-ya qoşulmayacağıq", - Dodik yazıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью