Azertag saytına istinadən Icma.az xəbər verir.
Sarayevo, 22 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın Neum şəhəri yaxınlığında meşə yanğını ilə mübarizə aparılır.
AZƏRTAC xəbər verir ki, Neum və Stoçe bölgələri arasında geniş ərazini bürüyən yanğının söndürülməsinə bu ölkənin digər şəhərlərindən və Xorvatiyadan mülki müdafiə qüvvələri və təyyarə cəlb olunub. Bir neçə kəndin ərazisinə yayılan yanğının söndürülməsində yerli sakinlər də iştirak edirlər.
Ərazidə bitki örtüyünün və bir avtomobilin yandığı bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo