Bosniya və Herseqovinanın rəsmiləri Azərbaycana səfərə gəliblər

10.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəliblər.

“Cebheinfo.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью