Bosniya və Herseqovinanın rəsmiləri Azərbaycana səfərə gəliblər Xəbər saytı Son xəbərlər və Hadisələr

10.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəliblər.

BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью