Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən AZƏRTAC

26.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Denis Beçiroviç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью