“Botafogo” “Qarabağ”la razılığa gələ bilmir Bicalo transferində son durum

18.12.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Braziliyanın “Botafogo” klubu 2026 mövsümü üçün yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir və bu məqsədlə “Qarabağ”ın futbolçusu Pedro Bicalonu transfer siyahısına daxil edib. Lakin tərəflər arasında aparılan danışıqlar hələlik nəticə verməyib.
Bakupost.az Braziliya mediasına istinadən xəbər verir ki. “Botafogo” 24 yaşlı braziliyalı yarımmüdafiəçi üçün ilkin təklifini “Qarabağ”a təqdim edib, amma Ağdam klubu bu təklifi qəbul etməyib. Braziliya təmsilçisi icarə + performansa bağlı satınalma opsionu variantını irəli sürsə də, “Qarabağ” futbolçunun birbaşa satışında maraqlıdır.
“Botafogo” rəhbərliyi Bicalo transferindən vaz keçmək niyyətində deyil. Klubun təklifi yenidən nəzərdən keçirdiyi, icarə məbləğinin artırılması və ya şərtlərin dəyişdirilməsi üzərində çalışdığı bildirilir.
Pedro Bicalo hazırda “Qarabağ”ın əsas heyət üzvlərindən biridir. Daha əvvəl “Cruzeiro” və “Palmeiras”ın gənclər komandalarında çıxış edən futbolçu 2025-ci ilin yayında Ağdam klubuna transfer olunub. O, Çempionlar Liqasında göstərdiyi oyunla bazar dəyərini artırıb.
“Qarabağ” isə əsas heyətdə möhkəm yer tutan yarımmüdafiəçinin satışından maksimum gəlir əldə etmək istəyir, bu səbəbdən danışıqlarda geri addım atmır.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью