Botafoqo 29 il sonra Braziliya çempionu oldu

09.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, final mərhələsində "Botafoqo" "San Paulo"nu qəbul edib.  Rio-de-Janeyroda, "Joao Havelanj Olimpiya Stadionu"nda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə "Botafoqo" xallarının sayını  79-a çatdırıb və “Palmeyras” (73 xal) üçün əlçatmaz olub.

Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb.  "Botafoqo" buna 1968 və 1995-ci illərdə nail olub.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью