Botafoqo 29 ildən sonra istəyinə çatdı

09.12.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliya çempionatının son turu çərçivəsində "Botafoqo" "San-Paulu" nu qəbul edib.

Fanat.Az xəbər verir ki, 2:1 hesablı qələbə qazanan meydan sahibləri çempionluğu bayram ediblər.

Belə ki, bu qələbə sayəsində xallarının sayını 79-a çatdıran "Botafoqo" ehtiyatda bir oyunu olan "Palmeyras" (73 xal) üçün əlçatmaza çevrilib.

Rio-de-Janeyro təmsilçisi tarixində 3-cü dəfə Braziliya çempionu olub.  Sözügedən klub daha öncə 1968 və 1995-ci illərdə ölkə 
birinciliyinin qalibi adını qazanıb.

Xatırladaq ki, "Botafoqo" dekabrın 1-də Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən final matçında "Atletiko Mineyro"nu 3:1 hesabı ilə yenərək tarixində ilk dəfə Libertadores Kubokunu qazanıb. 

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью