Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərakeş millisinin üzvü Hakim Ziyeş Braziliyanın "Botafoqo" komandasına transfer olunub.
"Cebheinfo.az" Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Mərakeşin "Vidad" komandası olub. O, 2025-ci ildən bu kollektivin heyətində 16 matça çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində Qətərin "Əl-Duhail", Türkiyənin "Qalatasaray", İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", "Tvente" və "Herenven" klublarında da çıxış edib. O, Mərakeş millisinin heyətində keçirdiyi 64 oyunda 25 dəfə fərqlənib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin