Botafoqo Zenit in hücumçusu Luis Enrikeni geri qaytarmaq istəyir

29.07.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Braziliyanın "Botafoqo" futbol klubu "Zenit"in hücumçusu Luis Enrikeni yenidən heyətinə qatmaq istəyir.

İdman.Biz ESPN nəşrinə istinadən xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi 2024-2025-ci illərdə formasını geyindirmiş braziliyalı futbolçunun transferi üzərində işləyir.

Bildirilib ki, "Botafoqo" 2025-ci ildə Arturun transferinə görə "Zenit" qarşısında borclu qalıb. Klub bu səbəbdən Rusiya təmsilçisinə yarımmüdafiəçi Danilo və adı açıqlanmayan daha iki futbolçunun Luis Enrike qarşılığında dəyişdirilməsini təklif etməyi planlaşdırır.

"Zenit" 25 yaşlı vingeri satılmaz hesab etmir və futbolçunun Braziliyaya qayıtmaq istəyindən xəbərdardır. Luis Enrikenin transfer dəyərinin 35-40 milyon avro olduğu bildirilir.

Braziliyalı futbolçu 2025-ci ilin yanvarından "Zenit"də çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 48 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Luis Enrikenin Rusiya klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Transfermarkt-ın məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 24 milyon avrodur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью