Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 20 oktyabr, AZƏRTAC İsveçrə Milli Elm Fondunun (SNSF) dəstəyi ilə Azərbaycan Respublika
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.
Laboratoriyaların rəsmi açılışında Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva qonaqlara elmi müəssisənin fəaliyyəti barədə geniş məlumat verib.
İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov yeni laboratoriyaların tədqiqat işinə verəcəyi töhfəni yüksək qiymətləndirib, bu barədə təklif və arzularını söyləyiblər.
Layihənin Azərbaycan tərəfindən rəhbəri biologiya elmləri doktoru professor Dilzarə Ağayeva və layihənin aparıcı elmi işçisi Karolina Korneco bir il ərzində görülən işlər, laboratoriyaların dizaynı, iş imkanları və laboratoriyada çalışacaq kadrların hazırlığı barəsində ətraflı məlumat təqdim ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.