Botoks istidə əriyir?

01.08.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında günəş vannası qəbul edən və estetik prosedurlara müraciət edən şəxslər arasında "isti hava botoksu əridir" iddiası tez-tez müzakirə olunur. Sosial şəbəkələrdə yayılan görüntülər isə bu narahatlığı daha da artırıb.
Demokrat.az
xəbər verir ki, həkim-dermatoloq və kosmetoloq Marya Boqaçeva bu mövzu ilə bağlı yayılan iddialara münasibət bildirib.
Məlumata görə, Rusiyada yaşayan Adeliya adlı qadın alnına botoks etdirdikdən iki həftə sonra Abxaziyada istirahət edərkən uzun müddət günəş altında qalıb. Qaralma yağından istifadə etdikdən sonra onun üzündə güclü şişkinlik yaranıb. Sosial şəbəkələrdə bunun botoksun istidən "əriməsi" ilə əlaqəli olduğu iddia edilib.
Lakin həkim bu fikrin həqiqəti əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, botoks dolğu maddəsi deyil və dəri altında gel şəklində qalmır. Preparat əzələyə yeridilir və sinir impulslarının ötürülməsini müvəqqəti zəiflədir. Prosedurdan təxminən 10-14 gün sonra inyeksiya nahiyəsində yüksək temperaturdan təsirlənəcək sərbəst preparat qalmır.
Mütəxəssis qeyd edib ki, ilk iki həftədə sauna, hamam və yüksək temperaturdan uzaq durmaq tövsiyə edilsə də, bu, botoksun "əriməsi" ilə deyil, preparatın əzələdə düzgün təsir göstərməsi ilə bağlıdır.
Dermatoloqun fikrincə, qadının üzündə yaranan şişkinliyin əsas səbəbi güclü günəş yanığı və qaralma üçün istifadə edilən kosmetik vasitə olub.
Həkim bildirib ki, uzun müddət birbaşa günəş şüaları altında qalmaq dəridə iltihab, ödem və şişkinlik yarada bilər. Bundan əlavə, bədən üçün nəzərdə tutulan qaralma yağlarının üz nahiyəsinə çəkilməsi allergik reaksiyaya və dərinin həssaslaşmasına səbəb ola bilər.
Mütəxəssis günəş yanığı zamanı dərinin soyudulmasını, dekspantenol tərkibli bərpaedici vasitələrdən istifadə edilməsini və vəziyyət ağırlaşarsa, həkimə müraciət olunmasını tövsiyə edib.
Onun sözlərinə görə, üz dərisini ultrabənövşəyi şüaların zərərli təsirindən qorumaq üçün hər gün ən azı SPF 30 və ya SPF 50 qoruyucu kremdən istifadə etmək, xüsusilə saat 11:00-16:00 arasında birbaşa günəş altında uzun müddət qalmamaq məsləhətdir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью