Botoks proseduru 16 nəfəri xəstəxanalıq etdi

20.10.2026

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Antalya şəhərində kosmetik məqsədlə botoks proseduru etdirən 16 nəfər səhhətlərində yaranan problemlər səbəbindən xəstəxanaya müraciət edib. Məlumata görə, son üç ay ərzində botoks prosedurundan sonra sağlamlıq problemləri yaşayan şəxslər Akdeniz Universiteti Xəstəxanasında müalicə alıblar. Pasiyentlərdən birinin sözlərinə görə, prosedurdan bir neçə gün sonra göz qapağında sallanma yaranıb, daha sonra isə udma çətinliyi meydana çıxıb.

Hadisə kosmetik prosedurların təhlükəsizliyi, onların hansı şəraitdə və kimlər tərəfindən həyata keçirilməsi məsələsini yenidən gündəmə gətirib. Qeyd edək ki, botoks proseduru əsasən qırışların azaldılması və bəzi tibbi problemlərin müalicəsi üçün tətbiq olunur. Lakin preparatın düzgün istifadə edilməməsi, uyğun olmayan dozada vurulması və ya prosedurun müvafiq tibbi nəzarət olmadan aparılması ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssislər belə prosedurlardan əvvəl tibbi məsləhət almağın, preparatın mənşəyini yoxlamağın və yalnız ixtisaslı tibb mütəxəssisinə müraciət etməyin vacibliyini vurğulayırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью