“Boy uzadan” həblər təhlükəlidirmi? Professordan xəbərdarlıq

26.01.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər cəmiyyətdə aktual müzakirə olunan məsələlərdən biri də boyu qısa olan insanların boylarını uzatmaq ümidi ilə müxtəlif həblərə və əlavələrə müraciət etməsidir. Xüsusilə sosial şəbəkələrdə və reklam platformalarında bu tip vasitələr “sürətli və asan həll” kimi təqdim olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, ümumiyyətlə, boy hormonu somatostatin orqanizmin özündə istehsal olunan bir hormondur:

"Boyun kənardan stimulyasiyası, yəni orqanizmə müdaxilə edərək bu hormonun artırılması yalnız həkim nəzarəti altında həyata keçirilə bilər. İnsanlar qətiyyən özbaşına, kiminsə məsləhəti ilə bu cür maddələrdən istifadə etməməlidirlər. Çünki bu cür müdaxilələr daha ağır fəsadlara səbəb ola bilər. Somatostatin hormonunun artıq istehsalı orqanizmdə bədənin və ayrı-ayrı hissələrin həddindən artıq inkişafına gətirib çıxara bilər ki, bu da akromeqaliya adlanan vəziyyətin yaranmasına səbəb olur. Məhz bu baxımdan hormonal müdaxilə yalnız tibbi göstəriş əsasında və həkim nəzarəti altında aparılmalıdır ki, sonradan mənfi nəticələr ortaya çıxmasın".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью