Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Biz Lənkəran çayımızla öyünsəkdə, ölkədə çay istehlakının böyük hissəsi idxal hesabına ödənilir.
Belə bir bazarda vaxtaşırı saxta çay (keyfiyyətsiz və ya qəsdən tərkibi dəyişdirilmiş məhsul) mövzusu ortaya çıxır.
Son illərdə bu mövzuda bir neçə səs-küylü hadisə qeydə alınıb.
Məsələn, yerli çay markalarından birinin qablaşdırmasından qurbağa çıxması cəmiyyətdə şok yaratdı.
Sonradan məlum oldu ki, həmin bağlama məşhur markanın adından istifadə edilərək hazırlanan saxta məhsul imiş.
Bu fakt göstərdi ki, hətta tanınmış markalı çaylarda da saxta variantlar qarşımıza çıxa bilər.
Həmin şirkətin rəsmisi də bildirdi ki, bazarda onların adından saxta məhsullara dəfələrlə rast gəlinib.