Boyan Çebela: Sloveniya xalqı Mehdi Hüseynzadənin xatirəsini ehtiramla yad edir | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə bildirilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı ticarətin genişləndirilməsi, nəqliyyat, yaşıl enerji və digər sahələrdə əməkdaşlıq üçün potensial var.
Təhsil, elm, mədəniyyət sahələrində də əməkdaşlığın, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsinin xalqlarımızı daha da yaxınlaşdırdığı ifadə edilib.
Söhbət zamanı, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin mühüm amillərdən biri olduğu vurğulanaraq, parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərinin parlamentlərarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının oynadığı mühüm rolu qeyd edib.
Boyan Çebela parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini ifadə edib.
Eyni zamanda Azərbaycanın COP29-a yüksək səviyyədə evsahibliyi etdiyini vurğulayaraq, ölkəmizin uğurlu təşkilatçılığı ilə bağlı təbriklərini çatdırıb.
Tam oxu
Xəbəri oxu