Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
"Sabah" klubundan ayrılan Boyan Letiç sosial şəbəkə hesabında vida paylaşımı edib.
Apasport.az xəbər verir ki, futbolçu paylaşımında “Sabah”ın onun üçün hər zaman xüsusi yerə sahib olacağını bildirib:
“Yollarımız ayrılsa da, "Sabah"ın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Buradan başıuca ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram. Mənə güvəndikləri üçün rəhbərliyə, göstərdikləri dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığımız hər bir komanda yoldaşıma təşəkkür edirəm. Amma hər şeydən öncə, azarkeşlərə minnətdaram: sizin qeyd-şərtsiz dəstəyiniz hər oyunda mənim əsas güc mənbəyim olub. Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam. ‘Sabah’ və Bakı hər zaman mənim evim olacaq”.
Qeyd edək ki, Letiç 2022-ci ildən "Sabah" forması geyinirdi.
"Xankəndi" komandasının yeni baş məşqçisi açıqlanıb Günün oyunları bu kanallarda Millimizin Danimarka ilə oyun üçün heyəti açıqlanıb "Qəbələ"nin yeni transferi Seydina: “Əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq” "Xankəndi" Sərxan Ağayevlə yollarını ayırıb