Boykot şayiələrinə nöqtə qoyuldu

26.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrlandiya Futbol Assosiasiyasının (FAI) icraçı direktoru Devid Kourell milli komanda oyunçularının UEFA Millətlər Liqasının 2-ci turunda İsrailə qarşı keçiriləcək matçı boykot etməyəcəyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, daha əvvəl mətbuatda İrlandiya seçməsinin 7 futbolçusunun bu görüşdə oynamaqdan imtina etdiyi barədə məlumatlar yayılmışdı.

Məsələ ilə bağlı açıqlama verən FAI rəsmisi komanda daxilində səsvermə təşkil olunduğunu bildirib:

“Futbolçular arasında səsvermə keçirdik. Heyətin böyük hissəsi matçın baş tutmasının lehinə səs verdi. Hər şey planlaşdırıldığı kimi baş tutacaq”.

İrlandiya millisinin baş məşqçisi Heymir Hadllqrimsson isə İsrailə qarşı oynamaqdan imtina edən bir futbolçunun artıq milli komandanın düşərgəsini tərk etdiyini təsdiqləyib.

İsrail və İrlandiya yığmaları arasında Millətlər Liqasının hər iki qarşılaşması təhlükəsizlik səbəbindən neytral meydanda və azarkeşsiz təşkil olunacaq. Komandalar sentyabrın 27-də Macarıstanın Debretsen, oktyabrın 4-də isə Serbiyanın Baçka-Topola şəhərində üz-üzə gələcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью