Boynumdakı 12 minlik qızılı NİSYƏ ALMIŞAM

14.11.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Samirə "Rəngarəng" proqramının canlı yayımında səsləndirdiyi açıqlama ilə sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

Milli.Az xəbər verir ki, sənətçi efirdə boynundakı qızılın 12 min manat dəyərində olduğunu söyləyib.

O, zinət əşyasını nisiyə aldığını da gizlətməyərək, hər ay 500 manat ödəniş etdiyini bildirib:

"Bu boynumdakı qızılın qiyməti 12 min manatdır. Nisiyə götürmüşəm, aylıq 500 manat ödəyirəm."

Samirə canlı yayıma məhz həmin bahalı qızılı taxaraq qatılıb.

Onun səmimi etirafı tamaşaçılar və sosial media istifadəçiləri arasında həm təəccüb, həm də maraqla qarşılanıb.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью