Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qarsda böyrək ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 71 yaşlı xəstənin sidik kisəsindən əməliyyatla çıxarılan alma böyüklüyündə daş həkimləri təəccübləndirib.
Demokrat.az xəbər verir ki, Arpaçay rayonunun Tepeköy kəndində yaşayan Urfan Aydın ötən həftə böyrək ağrısı şikayəti ilə Arpaçay Dövlət Xəstəxanasına müraciət edib.
Burada aparılan ilkin müdaxilədən sonra Aydın Qafqaz Universiteti Sağlamlıq Araşdırma və Tətbiq Mərkəzinə göndərilib.
Urologiya klinikasında çalışan Tibb Fakültəsinin Urologiya kafedrasının müəllimi doktor Mehmet Ezer apardığı müayinələr nəticəsində Aydının sidik kisəsində böyük bir daş olduğunu müəyyən edib.
Aydını əməliyyata alan Ezer və komandası xəstənin sidik kisəsindən 201 qram ağırlığında, 8 santimetr diametrində tək parça halında böyük bir daş çıxarıb.
“Sidik kisəsində bu ölçüdə daşlara nadir hallarda rast gəlirik”
Doktor Mehmet Ezer bildirib ki, sidik kisəsində daşlar zamanla böyüyə bilər.
Böyrək daşlarının şiddətli ağrı yaratdığını qeyd edən Ezer belə deyib:
“Amma sidik kisəsində əsas problem sidik ifrazında çətinlik və yanma hissidir. Bu çox güclü ağrı yaratmadığı üçün xəstə uzun müddət xəstəxanaya müraciət etməyə bilər və bu müddətdə daş çox böyük ölçülərə çata bilər. Bu daş da məhz belədir. Sidik kisəsində bu ölçüdə daşlara nadir hallarda rast gəlirik. Bu görüntünü ilk görəndə biz də təəccübləndik, həqiqətən çox böyük idi. Adətən əməliyyatlarımızı qapalı üsulla edirik, amma bunu açıq əməliyyatla çıxardıq. Həqiqətən alma böyüklüyündə bir daş çıxardıq. Bəzən palçıq kimi yumşaq daşlar olur, amma bu, sanki divar tikmək üçün istifadə oluna biləcək qədər sərt bir daşdır. Daşımız 200 qramdan çoxdur, təxminən 8 santimetr diametri var. Rentgendə görəndə biz də təəccübləndik, bunun tam daş olmaya biləcəyini düşündük, amma əməliyyat zamanı həqiqətən tək parça halında çıxması bizi də heyrətləndirdi. Çox ağır və möhkəm daşdır.”
Xəstə Urfan Aydın isə ağrı səbəbilə xəstəxanaya müraciət etdiyini bildirərək deyib:
“Belə bir daş gözləmirdim, çox böyükdür. Əməliyyatdan çıxanda daşı gördüm, az qala huşumu itirəcəkdim, belə bir daş ola bilməz.”
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Arpaçay rayonunun Tepeköy kəndində yaşayan Urfan Aydın ötən həftə böyrək ağrısı şikayəti ilə Arpaçay Dövlət Xəstəxanasına müraciət edib.