Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elşən Mirişli Gəncə şəhəri, tarixçi VI Yazı Osmanlı-Əfşar Savaşı (1743-1746) Nadir Şah Əfşar İstanbul sülhünün (1736) ratifikasiya edilməsi üçün Osmanlı Dövlətindən Cəfəriliyi İslamın V məzhəbi kimi qəbul etməyi istədi.
Osmanlı Dövləti isə bunu rədd etdi. Bundan sonra 1743-cü ildə Nadir Şah Osmanlı Dövlətinə müharibə elan etdi.
Qızılbaş Dövləti 1623-cü ildə Bağdadı və 1624-cü ildə Mosulu Osmanlı Dövlətindən savaşaraq almışdılar.
Lakin Osmanlı İmperiya ordusu 1625-ci ildə Mosulu və 1638-ci ildə Bağdadı Qızılbaşlardan ala bildilər.1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsi nəticəsində Osmanlılarla Qızılbaşlar arasında 85 illik sülh oldu.
Səfəvi sülaləsinin süqut etməsi zamanı yaranan hakimiyyət boşluğundan istifadə edən Rusiya və Osmanlı Dövləti Qızılbaş Dövlətinin şimal-qərb və Xəzər sahili vilayətlərini öz aralarında böldülər.Lakin əfqanların ölkədən qovulmasından sonra II Təhmasib və Nadir Şah Osmanlılara qarşı hərbi əməliyyatlara başladılar.Rusiyanın döyüşsüz geri çəkilməsindən sonra Osmanlı İmperiyası da məğlub edilərək keçmiş Qızılbaş Dövlətinin ərazilərindən çəkilməyə məcbur edildi.Bundan sonra özünü şah elan edən Nadir Xan Əfşar Hindistana yürüş etdi və Hindistan Teymuri İmperatorluğunu özündən asılı vassal dövlətə çevirdi.Ardınca isə Osmanlı İmperiyası ilə yeni savaşa başlamaq üçün Hindistandan geri döndü.
Nadir Şah Əfşarın məqsədi Hind çayından Bosfora qədər uzanan Əfşar İmperiyası qurmaq idi.Bu məqsədlə o, 1736-cı ildə 150,000 saya çatan Əfşar ordusunu Türküstandan olan tayfalardan da əsgər yığmaqla 1743-cü ildə 375,000 əsgərə çatdırdı.
Bu rəqəm o dövr üçün həddindən artıq çox olmaqla birlikdə, davamlı olaraq bu qədər insanın orduda saxlanılması istehsalın azalması və sərfiyyatın çoxalmasına səbəb olaraq ölkə iqtisadiyyatının çökməsinə gətirib çıxardı.Yalnız Nadir Şah Əfşarın dövründə ilk dəfə ordunun böyük bir qismini odlu silahla silahlandırmaq mümkün oldu.Ordunun vurucu əsas savaş gücü Əfşar İmperiyasının elit qusarları olan Savaran-e Səltənət və ya Savaran-e Sepah-e Xorasan adlanan 20,000 saya çatan Əfşar, Qacar və Şahsevən süvariləri idi.