“Böyük beşlik”də kim daha çox çempion olub?

05.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tomas Müller 13-cü dəfə Almaniya çempionu olub.

İdman.biz xəbər verir ki, “Bavariya”nın təcrübəli futbolçusu bununla da “Böyük beşlik” liqalarının rekorduna şərik çıxıb.

35 yaşlı yarımmüdafiəçiyə qədər yalnız Rayan Giqqz 13 dəfə çempionluq sevinci yaşayıb. Tomas kimi uelsli də bütün qızıl medallarını eyni klubda əldə edib. Rayan “Mançester Yunayted”də 13 çempionluğa sevinib.

Müller həm də ən çox titul qazanan almaniyalı adına şərik çıxıb. Ümumilikdə 34-cü dəfə qalib adına sahib çıxan futbolçu Toni Kroosa çatıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью