“Böyük beşlik”də REKORD

31.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

PSJ “Böyük beşlik” liqalarının rekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, Fransa klubu buna Liqa1-dəki məğlubiyyətsiz oyunlar seriyası ilə nail olub.

PSJ 38 səfərdir xalsız qalmır. Bu müddətdə 30 qələbə və 8 heç-heçə qeydə alınıb. Parislilər “Milan”ın 1993-cü ildə rəsmiləşdirdiyi rekordu təkrarlayıb.

Qeyd edək ki, 29 turdan sonra 71 xalla Liqa1-in lideri olan PSJ növbəti oyunda çempionluğunu rəsmiləşdirə bilər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью