“Böyük beşlik”də yeni REKORD

23.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PSJ yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Paris təmsilçisi bunu Liqa1-in “Nant”la oyununda rəsmiləşdirib.

Paytaxt klubu XXIX turdan təxirə salınan səfər görüşündə bir xal qazanıb – 1:1. Bununla da PSJ-nin rəqib meydanlarındakı çempionat matçlarında məğlubiyyətsizlik seriyası 39-a çatıb.

Bu, “Böyük beşlik” liqaları üçün yeni rekorddur. Əvvəlki rekord “Milan”a məxsus idi. A seriyasında 38 səfərdə uduzmayan komandanın rekordu 32 ildən sonra qırılıb.

Qeyd edək ki, “Milan”ın seriyası 1991-93-cü illərə əhatə edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью