Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 10 dekabr, AZƏRTAC Daha çox metabolik enerji dəstəkləyən mikroblar böyük beyinləri
İnsan beyninin təkamülü, enerjiyə olan yüksək tələbatı ilə digər məməlilərin beyinlərindən fərqlənir.
Bu günə qədər tədqiqatçılar, beyin böyüməsi və onun saxlanması üçün tələb olunan enerjinin təmin edilməsində hansı bioloji mexanizmlərin iştirak etdiyini tam olaraq müəyyənləşdirə bilməyiblər.
Lakin Şimal-Qərb Universitetinin tədqiqatçıları bu suala yeni perspektiv gətirə biləcək bir araşdırma aparıblar.AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan və digər iri beyinli primatların bağırsaq mikrobları onların metabolik sistemlərinə təsir edərək daha çox enerji istehsalını dəstəkləyə bilər.
Tədqiqatın nəticələri bağırsaq mikrobiotasının yalnız həzm prosesində deyil, həm də beyin enerjisi tələbatının qarşılanmasında mühüm rol oynadığını göstərir.Laboratoriya şəraitində aparılan təcrübədə tədqiqatçılar insan, dələ meymunu (Saimiri) və makaka (Macaca) növlərinə aid bağırsaq mikroblarını mikrobsuz siçanlara implantasiya ediblər.
Bu primatlardan insan və dələ meymunu iri beyinli növlər, makaka isə kiçik beyinli primat növü kimi seçilib.
Tədqiqatçılar siçanlarda baş verən fizioloji dəyişiklikləri, o cümlədən çəki artımı, yağ faizi, aclıq qlükozası səviyyəsi və qaraciyər funksiyasını ölçüblər.
Nəticələr göstərib ki, iri beyinli primatlardan alınan mikroblarla aşılanmış siçanlar, kiçik beyinli primatın mikrobları ilə aşılanmış siçanlarla müqayisədə daha çox enerji istehsal edib və enerjidən daha çox istifadə ediblər.