Böyük Birlik Partiyası Azərbaycan TƏBRİK ETDİ

08.11.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Böyük Birlik Partiyası (BBP) Zəfər Günü ilə bağlı paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, paylaşımda Azərbaycan xalqı təbrik edilib.

Paylaşımda deyilir:

"Qarabağ Zəfərinin 5-ci ili! Vətənləri uğrunda can verən qəhrəman şəhidlərimizi rəhmətlə, fədakarlıqlarıyla dastan yazan qazilərimiz minnətdarlıqla anırıq. Dost və qardaş Azərbaycanın 8 noyabr - Zəfər Gününü ürəkdən təbrik edirik.

Azərbaycan Ordusunun cəsarəti, Türk millətinin iradəsi və qərarlılığı ilə qazanılan bu böyük zəfər yalnız işğalın sonu deyil, Türk dünyasının birlik və diriliş ruhunun simvoludur. Qarabağın azadlığı məzlum coğrafiyalara ümid, Türk millətinə qürur olub". 

Həmçinin, Dövlət Bayrağı Günü ilə bağlı da təbrik yazılıb:

"İstiqlalın və müstəqilliyin simvolu olan ay-ulduzlu Azərbaycan bayrağının göylərdə qürurla dalğalanır. 9 Noyabr Dövlət Bayrağı Gününü də təbrik edirik. "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızın əbədi güclənməsini arzulayırıq". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью