Böyük Britaniya Aİ ilə müdafiə sazişi üzrə danışıqlara hazırdır

31.03.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Böyük Britaniyanın xarici işlər naziri David Lammi Londonun Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara hazır olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə İspaniyanın “El PaÍs” qəzetinə müsahibəsində bildirib.

“Gələcək illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndirməyin vaxtıdır”,- deyə Lammi xatırladıb.

"Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqlara hazırıq", - nazir bildirib.

“Avropanın təhlükəsizliyi bölünməzdir”,- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью