Böyük Britaniya gəncləri siyasətə cəlb edir: Seçki hüququ 16 yaşa endirildi

17.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya hökuməti seçki sisteminin islahatları çərçivəsində 16 və 17 yaşlı yeniyetmələrə seçkidə səs verməyə icazə vermək qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşrinə istinadla məlumat verilib.

Bildirilir ki, belə bir tədbir dünyanın dəyişən prosesində demokratik iştirakı gücləndirməyə imkan verəcək və Böyük Britaniyada demokratiyaya inamı bərpa etməyə kömək edəcək.

Qeyd edək ki, daha əvvəl səsvermədə iştirak üçün minimum yaş həddi 18 idi. Eyni zamanda, Şotlandiya və Uelsdə seçkilərdə səs verməyə 16 yaşdan icazə verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью