Böyük Britaniya Gürcüstanın beş məmuruna sanksiya tətbiq etdi KONKRET

20.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Böyük Britaniya Gürcüstanın Daxili İşlər Naziriliyinin rəhbərinə və daha 4 məmura qarşı sanksiya tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı press-relizdə bildirilir. Sənəddə qeyd olunur ki, Böyük Britaniya Gürcüstanda jurnalistlərə və dinc nümayişçilərə hücumlara görə məsuliyyət daşıyan beş gürcü rəsmisinə qarşı sanksiya tətbiq edib. Böyük Britaniya hökumətinin yaydığı  press-relizdə daha sonra deyilir: “Gürcüstan hakimiyyəti ölkənin Avropaya doğru irəliləyişinə mane olmaq üçün vətəndaş cəmiyyəti, media və müxalifətə qarşı koordinasiyalı repressiyaya başlayıb”.

Vəli Həsənoğlu,

KONRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью