Böyük Britaniya höküməti “Çelsi”nin keçmiş prezidentini məhkəməyə vermək istəyir

03.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyun, AZƏRTAC

Böyük Britaniya höküməti İngiltərənin “Çelsi” komandasının keçmiş prezidenti Roman Abramoviçi məhkəməyə vermək niyyətindədir.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hökümətin klubun satışından əldə olunan gəlirdən payına düşən 2,34 milyard funt-sterlinqi (təxminən 250 milyard rubl) ala bilməməsidir.

Britaniyanın maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi rusiyalı iş adamı ilə bu məsələdə razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etmək istəyirlər.

Qeyd edək ki, Roman Abramoviç 2022-ci ildə sanksiyaya məruz qaldıqdan sonra “Çelsi” klubunu satıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью