Böyük Britaniya ikinci hərbi peykini orbitə çıxarıb

07.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniya Yer səthini müşahidə etmək üçün ikinci hərbi peykini “Titania”nı orbitə çıxarıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, proses oktyabr ayında baş tutub. Məlumata görə, “Titania” peyki təxminən 100 kq ağırlığındadır və hər 90 dəqiqədə Yer kürəsinin ətrafında fırlanır və saatda 27 000 km sürətlə hərəkət edir. 

Peyk İngiltərənin Hempşir şəhərində Müdafiə Elmi və Texnologiyaları Laboratoriyası (DSTL) və BAE Systems arasında tərəfdaşlığın bir hissəsi olaraq hazırlanıb və istehsal edilib. Böyük Britaniya ilk hərbi peyki olan “Tyche”ni 2024-cü ilin avqust ayında orbitə çıxarıb. Daha “Juno” və “Oberonu” peyklərinin isə 2027-ci ildə orbitə çıxarılacağı gözlənilir.

Bundan əlavə, London “Inaros” layihəsinin bir hissəsi olaraq kosmosdakı hərəkətləri izləmək üçün üç neyromorfik sensoru sınaqdan keçirəcək.
Onlar Avstraliya, Böyük Britaniya və Kiprdəki obyektlərdə yerləşdiriləcək. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu sensorlar Böyük Britaniya peyklərinin yaxınlığında qeyri-adi və ya təhdid yaradan fəaliyyəti aşkar etmək üçün erkən xəbərdarlıq sistemi kimi istifadə edilə bilər.

Aişə
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью