Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
London, 16 iyun, AZƏRTAC
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında ikinci sammit iyulun 22-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Leyboristlər hökuməti münasibətləri yenidən qurmaq və Böyük Britaniyanı Avropanın mərkəzinə qaytarmaqla bağlı verdiyi vədi yerinə yetirir.
Qeyd edək ki, hökumət Böyük Britaniya ilə Aİ arasında münasibətləri yenidən qurmağa, ticarət, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı gücləndirməyə çalışır. Baş nazir keçiriləcək sammitdə tərəflər arasında münasibətlərdə böyük irəliləyiş əldə etmək və ticarət, müdafiə, eləcə də təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini istədiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London