Böyük Britaniya İrana rəsmi etiraz bildirdi SƏBƏB

15.07.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan "Qüds" qüvvələrinin mart və may ayları arasında Avropada bir sıra hücumların təşkilində (əlaqələndirilməsində) rolunun olmasıdır.

Böyük Britaniya hökuməti bu hücumların onun və müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirərək İrana rəsmi şəkildə etiraz edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью