Böyük Britaniya Kralı COP31 ə görə Türkiyəyə təşəkkür edib

12.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniya Kralı III Çarlz Türkiyənin sədrliyi çərçivəsində Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 31-ci Konfransında (COP31) beynəlxalq ictimaiyyəti birləşdirdiklərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə hökumətinə və türk xalqına təşəkkür edib.

Məlumatı “Anadolu” verib. 

Antalyada keçirilən COP31 liderlərinin sammitində nümayəndələrə göndərdiyi mesajda III Çarlz beynəlxalq əməkdaşlığın və iqlim dəyişikliyinə qarşı mübarizədə konkret addımların vacibliyinə diqqət çəkib: “Bu həlledici məqamda beynəlxalq ictimaiyyəti bir araya gətirdiklərinə görə Prezident Ərdoğana, hökumətinə və Türkiyə xalqına, eləcə də danışıqlar prosesinə sədrlik etdiklərinə görə Avstraliya hökumətinə dərin minnətdarlığımı bildirirəm”.

III Çarlz qeyd etdi ki, dünyada insanlar həddindən artıq istilər, daşqınlar, quraqlıqlar, meşə yanğınları və fırtınalarla üzləşirlər, son illərdə baş verən hadisələr iqlim dəyişikliyinin uzaq bir təhlükə deyil, mövcud və getdikcə daha kəskin bir reallıq olduğunu göstərir.

Böyük Britaniya Kralı vurğulayıb ki, qazıntı yanacaq bazarlarındakı pozuntular bərpa olunan enerji mənbələrindən istifadə etməklə enerji təhlükəsizliyinin və dayanıqlığının gücləndirilməsinə təcili ehtiyac olduğunu göstərir.

O, həmçinin bərpaedici kənd təsərrüfatı və aqromeşəçilik sistemlərinin tətbiqi yolu ilə qida istehsalının kimyəvi gübrələrdən asılılığını azaltmağın vacibliyini qeyd edib. 

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью