Böyük Britaniya maliyyə xidmətlərinə investisiya üzrə Avropada liderliyini qoruyub

09.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 9 iyun, AZƏRTAC

Böyük Britaniya maliyyə xidmətləri sahəsində xarici birbaşa investisiyalar (FDI) üzrə Avropada ən cəlbedici ölkə olaraq lider mövqeyini qoruyub saxlayıb.

AZƏRTAC “The Times”a istinadla xəbər verir ki, bu, ümumi fəaliyyətin 32 faiz azalmasına baxmayaraq, ölkənin sektor üzrə üstünlüyünü davam etdirdiyini göstərir. EY şirkətinin maliyyə xidmətlərinə dair son cəlbedicilik sorğusunun nəticələrinə görə, 2024-cü ildə Birləşmiş Krallıq bu sahədə ümumilikdə 73 investisiya layihəsi qeydə alıb. Almaniya 32 layihə ilə ikinci yerdə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 16 faiz azalma deməkdir. Fransada isə 30 layihə reallaşıb. Bu, illik müqayisədə 23 faiz azalma ilə müşayiət olunub.

Bu göstəricilər Böyük Britaniyanın maliyyə sektoru üçün hələ də beynəlxalq investorlar üçün cəlbedici mərkəz olaraq qaldığını təsdiqləyir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью