Böyük Britaniya Rusiya aktivlərindən əldə edilmiş milyonları Ukraynaya göndərdi

07.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ukrayna Rusiyanın xaricdəki dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən ibarət ilk vəsaiti Britaniyadan alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.

"Böyük Britaniyadan Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş ilk vəsait Ukraynaya daxil olub", - deyə o bildirib.

Şmıqal Kiyevin 752 milyon funt-sterlinq (1 milyard 700 milyon manata yaxın) aldığını qeyd edib.

Bundan əvvəl isə o bildirmişdi ki, Ukrayna 300 milyard dollarlıq Rusiya aktivlərini əldə etməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью