Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

25.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniya "Alfastrakhovanie", "VSK" və 30 Rusiya neft tankerinə qarşı sanksiyalar tətbiq edib. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi yenilənmiş qara siyahını açıqlayıb.

Məlumata görə, Britaniya hakimiyyəti "Alfastrakhovanie" və "VSK" şirkətlərinə Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda biznes qurmaqla Moskvaya dəstək verdiyinə görə sanksiya tətbiq edib.

Qeyd edək ki, sanksiya tətbiq edilən tankerlər isə Rusiyadan üçüncü ölkələrə neft və ya neft məhsullarının daşınması üçün istifadə olunur. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью