Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

11.05.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

APA xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, sanksiya siyahısına daha 85 mövqe əlavə edilib.

Bu sanksiyalar əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən, sanksiyalardan yayınmağa kömək edən, Rusiya hərbi-sənaye kompleksinə texnologiya və avadanlıq təmin edən, həmçinin “kölgə donanması”, logistika, dron istehsalı və maliyyə şəbəkələri ilə əlaqəli şəxs və qurumlara qarşı tətbiq olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью