Böyük Britaniya səfirliyinin iki əməkdaşı cəsus çıxdı

10.03.2025

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Rusiya Federal Təhlükəsizlik Xidməti Böyük Britaniyanın Moskvadakı səfirliyinin daha iki əməkdaşını "ifşa" etdi. 

"Federal təhlükəsizlik xidməti əkskəşfiyyat işləri zamanı Britaniya səfirliyinin iki əməkdaşının Rusiya əleyhinə cəsusluq fəaliyyəti apardıqlarını aşkar edib"- deyə xidmətin bəyənatında bildirilir.

 Bəyənatda qeyd olunur ki, Alkeş Odedra və Maykl Skinner adlı iki əməkdaş diplomat pərdəsi  arxasında cəsusluq edərək, Rusiya Federasiyasına qarşı kəşfiyyat xarakterli əməllər törədiblər. Bildirilir ki, həmin diplomatlara ölkəni tərk etmək üçün iki həftə vaxt verilib.

Rüstəm Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью