Böyük Britaniya tarixində üçüncü ən böyük cekpot: Multimilyonçu oldu

01.12.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyada "EuroMillions" lotereyasının adı açıqlanmayan iştirakçısı 177 milyon funt sterlinq udub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs 7, 11, 25, 31 və 40 uduş kombinasiyası ilə baş tutan tiraj zamanı multimilyonçu olub.

Lakin bəzi KİV-lər əvvəlcə səhvlə nömrələrin siyahısını dərc etdiyindən lotereya nümayəndələri bu məsələ ilə bağlı əlavə müraciət etmək məcburiyyətində qalıblar.

177 milyon funt sterlinqlik cekpot Böyük Britaniya lotereya tarixində üçüncü ən böyük cekpot idi. Bununla belə, qalibin anonim qalmaq hüququ var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью