Böyük Britaniya Ukraynaya 1000 uzaqmənzilli zərbə dronu verəcək

19.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 19 noyabr, AZƏRTAC

Böyük Britaniya Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə bu ölkəyə 1000 uzaqmənzilli zərbə dronu təqdim edəcək.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhemin bu barədə Berlində Ukraynanın müttəfiqlərindən ibarət “İstəklilər koalisiyası”nın toplantısında açıqlama verəcəyi gözlənilir. Dronların tədarükü Ukraynanın qış aylarında müdafiə imkanlarının gücləndirilməsi üçün nəzərdə tutulan 260 milyon funt sterlinqlik yeni hərbi yardım paketinin bir hissəsidir.

Britaniya hökumətinin məlumatına görə, təqdim ediləcək pilotsuz uçuş aparatları 1000 kilometrədək məsafə qət etmək və daha ağır döyüş başlıqları daşımaq imkanına malikdir. Bu xüsusiyyətlər Ukraynaya cəbhə xəttindən uzaqda, Rusiya ərazisində yerləşən hərbi istehsal müəssisələrini hədəfə almağa imkan verəcək.

Yeni yardım paketi Böyük Britaniyanın Ukrayna üçün pilotsuz uçuş aparatları texnologiyalarının inkişafı və təchizatında iştirakının genişləndirilməsi istiqamətində növbəti addım hesab olunur. Britaniya hökuməti, həmçinin bildirib ki, 260 milyon funt sterlinqlik yardım paketinin 80 faizi Böyük Britaniya daxilində xərclənəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью