Böyük Britaniya Ukraynaya əlavə Storm Shadow raketləri göndərəcək

15.10.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniya Ukraynaya əlavə uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri tədarük etməyi planlaşdırır.

“Bloomberg” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, məsələ oktyabrın 14-də Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnemlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub.

Agentlik qeyd edir ki, Britaniya hökuməti məlumatı şərh etməkdən imtina edib.

Dauninq-strit həmçinin Ukraynada müharibə başlayandan bəri Kiyevə nə qədər “Storm Shadow” raketinin göndərildiyini açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью