Böyük Britaniya Ukraynaya məxfi məlumatlar verəcək

24.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Böyük Britaniya Ukraynaya ölkə daxilində uzunmənzilli qanadlı raketlərin yığılması üçün lazım olan məxfi texniki məlumatları təqdim edəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem məlumat verib.

Onun sözlərinə görə, bu qərar ukraynalılara raketin Ukraynada yığılmasını davam etdirməyə imkan verəcək.

"Böyük Britaniya bu gün və lazım olduğu müddətcə Ukraynanın arxasındadır”, - deyə Börnhem bildirib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью