Böyük Britaniya və Aİ Londonun müdafiə krediti proqramında iştirakını müzakirə edəcək

26.05.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

May ayında Böyük Britaniya və Aİ arasında keçirilən sammitdə müdafiə sazişi imzalandıqdan sonra tərəflər yeni müdafiə sazişi üzərində danışıqlar aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” mənbələrə əsaslanaraq yazır.

Tərəflər arasında müdafiə sazişi mayın 19-da imzalanıb. London artıq SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) Avropa müdafiə proqramında iştirak etmək imkanı əldə edəcək.

"Hər iki tərəf indi gələcək danışıqlara və ayrıca sazişin bağlanmasına hazırlaşacaq. Müzakirələr hazırda Böyük Britaniyanın SAFE büdcəsinə töhfəsinin səviyyəsinə yönəlib", - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью