Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb

14.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafı məsələlərinə dair sammit yenidən təxirə salınıb.

Redaktor.az "Financial Times"a istinadən xəbər verir ki, görüş noyabrın 6-dan ayın sonuna keçirilib.

Nəşrin məlumatına görə, təxirə salınmaya səbəb tərəflərin "Avropada istehsal olunub" siyasəti ilə bağlı fikir ayrılıqları olub. Qeyd olunur ki, Endi Börnhemin yeni hökuməti bu planın Britaniya sənayesinə mənfi təsir göstərəcəyindən ehtiyatlanır.

Bununla yanaşı, Avropa rəsmiləri bu məsələni Brüssel və London arasında münasibətlərin yenidən başladılması ilə əlaqələndirməkdən imtina ediblər. Qəzetin yazdığına görə, Aİ iyul ayında keçirilən danışıqlar zamanı əldə olunan razılaşmalara sadiq qalmağa hazırdır.

Adı açıqlanmayan avropalı diplomatlardan biri bildirib ki, əgər sammit bu il baş tutmasa, o zaman Böyük Britaniyada 2029-cu ildə keçiriləcək seçkiləri gözləmək daha yaxşıdır, çünki bu görüş qalan məsələlərin həllinə stimul yaratmaq üçün zəruridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью