Böyük Britaniya və Avstraliya atom sualtı qayıqları ilə bağlı saziş imzalayıblar

27.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Böyük Britaniya və Avstraliya atom sualtı qayıqlarının istehsalı və istismarı üzrə 50 illik tərəfdaşlıq sazişi imzalayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Saziş "SSN-AUKUS" sinifli sualtı qayıqların layihələndirilməsi, istehsalı, istismarı, texniki xidməti və istismardan çıxarılması sahəsində hərtərəfli əməkdaşlığı təmin edəcək.

Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ (AUKUS) hökumətləri arasında üçtərəfli tərəfdaşlığa əsaslanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью