Böyük Britaniya və Çexiya nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

15.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya və Çexiya hökumət başçıları - Kir Starmer və Petr Fiala nüvə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Çexiyanın "ÇTK" xəbər agentliyi respublika hökumətinin başçısına istinadən məlumat verib.

Razılaşmaya əsasən, konkret təşəbbüslərdən biri "Rolls-Royce SMR" tərəfindən Çexiyada kiçik modul reaktor zavodunun tikintisi ola bilər.

Tərəfdaşlığın şərtlərinə görə, Çexiya şirkəti "Rolls-Royce SMR"in səhmlərinin 20%-ni əldə edəcək və tərəflər innovativ nüvə texnologiyalarının inkişafı və kommersiya tətbiqi sahəsində sıx əməkdaşlığa başlayacaqlar. Eyni zamanda, dəyəri yüz milyonlarla avro olan investisiya layihəsi artıq Britaniya tənzimləyiciləri tərəfindən təsdiqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью